Bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1 % azalaraq 60,8 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,8 % artıb.

Sənaye məhsulunun 67,9 %-i mədənçıxarma, 26,8 %-i emal, 4,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,8 % olub. Ümumi istehsalın 91,3 %-i sənaye məhsullarının istehsalı, 8,7 %-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.