Azərbaycanda seçicilərin sayı açıqlanıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 326 min 764 şəxs var.

Onların 47.55 faizi kişi, 52.45 faizi isə qadınlardır.