Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb doğurur.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələrin üzərinə həbs qoyulmayıb.

“Rusiyanın aidiyyəti təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq”, - məlumatda deyilir.