“Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal valyutanın yaratdığı imkanları, təhdidləri və riskləri ciddi analiz adir”.

Bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda AMB-nin baş direktoru Fərid Osmanov deyib.

“Hazırda rəqəmsal valyutaya konseptual yanaşma barədə sənəd üzərində işləyirik. Bu istiqamətdə beynəlxalq beyin mərkəzləri və Türkiyə Mərkəzi Bankı ilə aktiv əlaqədəyik. Komandalarımız gündəlik bir-biri ilə danışır, çalışır və təcrübələri izləyirik. Ümidvarıq ki, növbəti ildə bu texnologiyanın tətbiqi üzrə ilkin nəticələr olacaq”, - deyə o, qeyd edib.

"Bu gün rəqəmsal valyuta ilə bağlı məsələ ən aktual məsələlərdən biridir. AMB bu ildən bu prosesə aktiv şəkildə cəlb olunub. Əksər mərkəzi banklar buraxacağı rəqəmsal valyutalar üzrə çalışır. AMB də bu rəqəmsal transformasiyanı izləyir", - deyə F.Osmanov əlavə edib.