Bu günə Azərbaycanda pul bazası 17 milyard 248,7 milyon manat təşkil edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 2,2 % çoxdur.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,2 % azalıb, son 1 ildə isə 23,7 % artıb.