Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.
Qeyd edilir ki, şirkət əvvəlki nizamnamə kapitalının həcmi əmlak şəklində formalaşdırılmış payı hesabına ümumilikdə 63 749 987.50 manatdan hər birinin nominal dəyəri 0.10 AZN olan 125 paydan ibarət olmaqla 12.50 manata qədər azaldıldığını elan edir.
Debitorlar və kreditorlar tələbləri ilə bağlı paytaxtın Nizami rayonu, Keşlə stq, Energetika küçəsi 5 ünvanına müraciət edə bilərlər.
Xatırladaq ki, “Pera İndustries” polipropilen torba və yumşaq polipropilen istehsalçılarındandır. Şirkət 2018-ci ildə yaradılıb, qanuni təmsilçisi Ramiz Rzayevdir.