Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub.

***

11:28

Azərbaycanda poliklinikalarda onlayn sistem çöküb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Oxu.Az-a sağlamlıq haqqında arayış almaq istəyən vətəndaşlar bildiriblər.

Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.

15 tibb müəssisəsində sözügedən problemin yaşandığı qeyd olunur.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.