Azərbaycanda pambıq əkin sahələri artıb.

İqtisadiyyat.az xəbər verir ki, ötən ilə nisbətən bu il daha 18 min hektar ərazidə pambıq əkilib.

Belə ki, ötən il 72 181 hektar ərazidə pambıq əkilmişdisə, cari ildə bu rəqəm 90 340,8 hektara çatıb.

İxracın strukturunda pambıq lifi və ipliyinin payı üstünlük təşkil edib. 

Əvvəlki ilin yanvar-aprel aylarına nisbətən bu ilin eyni dövründə pambıq mahlıcı, ipliyi və parçaları istehsalı artıb. Bu dövrdə 31 962 ton pambıq mahlıcı, 5384,9 ton pambıq ipliyi, 8587 kvadrat metr isə pambıq parçası istehsal edilib.