İqtisadiyyat.az xəbər verir ki, Operativ Media-nın Mərkəzi Aran rayonlarında apardığı araşdırmaya görə, bu ay təmiz yoncadan ibarət ot bağlaması 2.70-2.80 AZN aralığında təklif olunur. Qarışıq ot bağlamalarının qiyməti isə daha aşağıdır – 1.50-1.70 AZN.
Satıcıların sözlərinə görə, qiymətlər aşağı düşsə də, alıcılıq qabiliyyəti zəifdir.
"Bu il qiymətlər ötən ilə nisbətən çox aşağıdır. Məsələn, keçən il 4.5 AZN olan bağlamanı bu il 2.70-ə satırıq. Fermerlər və mal-qara sahibləri hazırda otlaq sahələrində heyvanlarını bəsləyə bildiklərinə görə, bazardan ot almağa ehtiyac duymurlar" - deyə satıcı F.Əzizov saytımıza bildirib.
Qeyd edək ki, artıq bu aydan etibarən temperaturun yüksək olduğu bölgələrdə ot biçini başlayıb. Ekspertlər bildirirlər ki, otun bağlamasının ucuz olması Qurban bayramından sonra ətin qiymətinin ucuzlaşmasına da təsir edəcək.
Beləliklə, ötən illə müqayisədə bu il ot bağlaması 40% ucuzlaşıb.