İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 6,3 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 5,4 faiz azalıb.
2025-ci ilin yanvar-aprel ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 2,7 dəfə, noutbukların istehsalı 71,7 faiz artıb, güc transformatorların istehsalı isə 52,6 faiz azalıb.