Bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 milyon ton, ixraca nəql edilən həcmlər isə 3,9 milyon ton olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

Bu dövrdə 240 milyon kubmetr artımla hasil edilmiş 8,2 milyard kubmetr qazın 4,1 milyard kubmetri ixrac olunub.