ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda bu il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Bu barədə İqtisadiyyat.az qurumun iyun ayı üzrə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 610 min barel təşkil edəcək. Bu da əvvəlki proqnozla eynidir. Hesabata əsasən, ölkədə bu ilin ikinci və üçüncü rübündə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 610 min barel, dörüncü rübündə isə 620 min barel təşkil edəcək.

Qurumun hesabatına görə, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.

 

Gözəl Həşimova