Azərbaycanda bu il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 620 min barel olacağı proqnozlaşdırılır. Bu da əvvəlki proqnozla eynidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.

Qurum gələn il ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel olacağını gözləyir ki, bu da əvvəlki proqnozla müqayisədə 20 min barel azdır.

Hesabata görə, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel, 2021-ci ildə isə 720 min barel səviyyəsində olub.

 

Gözəl Həşimova