Bu ilin I rübündə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 7129,3 milyon kilovat-saat olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.
Məlumata görə, həmin dövr ərzində ixrac 360,3 milyon kilovat-saat, idxal isə 44,3 milyon kilovat-saat olub.