"Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində bir neçə gün əvvəl aparılan monitorinqlər zamanı regionun nadir növlərindən olan Qafqaz maralının (nəcib maral) sayında nəzərəçarpacaq artım müşahidə edilib.

Bu, "Qırmızı Kitab" a düşmüş növ üçün son illərin ən uğurlu nəticəsidir".

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

"Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil olan Qafqaz maralının ən geniş arealı sayılan Zaqatala Dövlət Təbiət Qoruğunda bu mövsüm üzrə aparılan vizual müşahidələr nəticəsində 1000-ə yaxın maral fərdinin məskunlaşdığı qeydə alınıb", - o, əlavə edib.

A.Babayeva qeyd edib ki, monitorinqlər zamanı Qafqaz maralı ilə birgə digər nadir növlərin - Dağıstan turu, Qonur ayı və köpgərin də populyasiyalarının dayanıqlılığı, fərdlərin sayında artım dinamikası müşahidə edilib ki, bu da qoruq ərazisində mühafizə işinin yüksək səviyyədə yerinə yetirilməsinin nəticəsidir.