Son üç ildə Azərbaycanda orta aylıq pensiya 60 faiz artaraq 330 manat olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üç illik hesabatında məlumat verilib.

Belə ki, yaşa görə orta aylıq pensiya 54 faiz artaraq 361 manat, əlilliyə görə orta aylıq pensiya 66 faiz artaraq 290 manat, ailə başçısını itirməyə görə orta aylıq pensiya 63 faiz artaraq 267 manat olub.

Qeyd olunub ki, ölkəmizdə minimum pensiya 82 faiz artaraq 200 manat təşkil edib.