Azərbaycanda milli su strategiyası layihəsi hazırlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, layihənin yaxın zamanda Prezidentə təqdim edilməsi nəzərdə tutulub:

"Layihə müxtəlif dövrləri əhatə etməklə ən müasir idarəetmə prinsiplərinə əsaslanıb. Bu strategiyanın qəbul edilməsi və icrası nəticəsində su təminatı ilə bağlı yaxın 15-20 il üçün istədiyimiz nəticəyə nail olacağımızı düşünürük”.