Azərbaycanda artıq milli kulinariya komandası yaradılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi Qatronomiya turizminin idarə edilməsi sektorunun mütəxəssisi Anar Lətifzadə bildirib. Onun sözlərinə görə, "World Association of Chefs Society"nin təşkil edəcəyi bir neçə tədbirdə iştirakları təsdiq edilib:

"Azərbaycanın kulinariya mütəxəssisləri üzvlərindən ibarət komanda təşkil olunub. Onlar təlim və məşqlərə davam edirlər. Bu komandanın yaradılmasında məqsəd odur ki, yerli, gənc aşpazları toplayaq. 9 üzvdən ibarət olan milli komandanın məqsədlərindən biri də fərdi və komanda şəklində yarışlarda iştirak etməkdir. 2023-cü ilin fevral ayında İtaliyada keçiriləcək Avropa qran-prisinin qlobal aşpazlar yarışmasında milli komandamız 4 kateqoriya üzrə yarışmalar üçün artıq qeydiyyatdan keçirilib. Həmin kateqoriyalar: qlobal aşpazların yarışması, qənnadçı və şirniyyatçı aşpaz, veqan aşpaz və gənc aşpaz yarışması üzrədir. Azərbaycan komandası başqa sahədə olduğu kimi kulinariya sahəsində də uğurla Vətənə qayıdacaq", - deyə Anar Lətifzadə bildirib.