Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.

Ləğv olunduğunu elan edən şirkət kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər.

Xatırladaq ki, “Pacific Meyvə Bağları” MMC 2019-cu ildə qeydiyyata alınıb. Onun yaradılmasında məqsəd Azərbaycanın qədim meyvə bağlarının ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək olub. Meyvə bağları Azərbaycanın Salyan, Biləsuvar, Cəlilabad, Qəbələ, Göyçay, Ağsu, Kürdəmir, Lənkəran rayonlarının ərazisində yerləşir. 

“Pacific Meyvə Bağları” şirkətinin qanuni təmsilçisi Qasımov Elyar Abdulla oğludur.