İqtisadiyyat.az xəbər verir ki, şirkətin dövlət qarşısında vergi borcu yaranıb. ASC-nin hazırda vergi borcunun məbləği 55 265,27 manat təşkil edir.
Məlumat üçün bildirək ki, iyunun 24-də “Xaçmaz-Şərab”ın səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək. İclas Xaçmaz rayonu Yeni-Həyat qəsəbəsindəki ASC-nin mərkəzi ofisində keçiriləcək.
İclasda şirkətin ötən ilin yekunları üzrə illik hesabatının təsdiqi, təftiş komissiyası sədrinin hesabatı və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, “Xaçmaz-Şərab” ASC 2007-ci ildə dğvlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 188 706 manatdır. Şərab şirkəti “Organic Legal” və “Zernow” araqlarının istehsalçısıdır.