“Gələn il aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi üçün elektronlaşdırma tədbirləri həyata keçiriləcək”.

Bunu parlamentin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, ölkədə məşğulluq reyestri, məşğulluq xəritəsi, elektron əmək birjası, elektron əmək yarmarkası kimi layihələr işəgötürənlərin və işçilərin istifadəsinə veriləcək.