“Baku City Hospital”ın rəsmi saytında texniki problem yaşanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu, klinika rəhbərliyinin serverin ödənişini etmədiyi üçün baş verib.

Bu səbəbdən sayta daxil olanda ““Baku City Hospital”ın 120 AZN borcunu ödəməyə maddi gücü çatmadığı üçün serverləri bağlanıb. Ən ucuz “chek-up”ları belə 120 AZN-dən daha baha olan şirkət borcunu ödəməyə pul tapmır” cümləsi yazılıb.

Texniklərin etiraz mesajından qısa müddət sonra problem həllini tapıb və saytın fəaliyyəti bərpa olunub.

19:12

Bakıda fəaliyyət göstərən "Baku City Hospital"ın saytı işləmir.

İqtisadiyyat.az xəbər verir ki, hazırda sayta daxil olduqda saytın 120 manat borca görə bağlandığı ilə bağlı yazı görünür.

Qeyd edək ki, "Baku City Hospital" ölkədə ən məşhur hospitallardan biridir.