İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Toğrul Əliyev "Azərbaycan Maliyyə Forumu"nda deyib.

O, maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsi və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi çərçivəsində həyata keçirilmiş tədbirlərdən bəhs edib. 

Sədr müavini söyləyib ki, istehlakçıların hüquqlarının müdafiəsi, maliyyə məhsullarının və xidmətlərinin keyfiyyətinin artırılması, habelə istehlakçıların şikayətlərinin effektiv həllinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən geniş maarifləndirmə proqramları həyata keçirilib, “Maliyyə institutlarının bazar davranışlarına dair tələblər” layihəsi hazırlanıb.

"Ümumilikdə bazar davranışlarının tənzimlənməsi məsələləri cari ildə xüsusi prioritet təşkil edəcəkdir", - o əlavə edib.