Azərbaycanda ixrac icmalının dekabr sayının göstəriciləri açıqlanıb. 2022-ci ilin yanvar noyabr ayları ərzində qeyri –neft ixracı 2,7 milyard ABŞ dollar təşkil edib. Bu da ötən ilin 12 aylıq ixrac rəqəmlərinə bərabərdir. 
İqtisadiyyat.az bildirir ki, İqtisadi İslahatların Təhlili Mərkəzinin nümayəndəsi Nicat Hacızadənin sözlərinə görə, bu onu deməyə əsas verir ki, Azərbaycan 2022-ci ildə 3 milyard ABŞ dollarına yaxın qeyri-neft ixrac rəqəmlərinə malik olacaq. Azərbaycanın qeyri-neft ixracının tərkib hissəsində meyvə-tərəvəz ixracı, qara metal və metallurgiya, kimya sənayesi məhsulları , üzvü kimya sənaeysi məhsulları daxildir. Məhsulların tərkibi ilə bağlı əvvəli dövrlərə baxsaq pambıq, pomidor, qızıl, karbamid, polietilen əsas yerləri tutur. Azərbaycanın ötən illə müqayisədə qeyri-neft ixracının artmasının səbəblərindən biri kimi də dünya bazarlarında qiymət artımı da əsas rol oynayır. Bu amil Azərbaycan ixracatçıları üçün əlavə üstünlük və rəqabət qabiliyyətlilik formalaşdırır.
Qarşıdakı dövrdə Azərbaycanın ixracında gözlənilən artıq aqrar-sənaye məhsullarının çoxalmasıdır:

"Bildiyiniz kimi, Azərbaycanda aqrar-sənaye məhsullarının ixracı ötən illə müqayisədə 33,5 faizlik artım görürük. Ümumi aqrar və aqrar-sənaye məhsullarının tərkibinə baxdıqda 802.3 milyon dollar təşkil edir. Bu da ötən dövrlərlə müqayisədə Azərbaycan aqrar məhsulların emal prosesinə daha çox cəlb edilməsi ilə bağlıdır. Bu da Azərbaycanın sənayeləşmə baxımından xarici bazardan daha çox dəyər gətirməsi ilə bağlıdır ki, bunun da 2023-cü ildə daha çox artması gözlənilir."
Samir Cabbarov