Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, təbii qaz istehsalı əvvəlki illə müqayisədə 2,1 milyard kubmetr və ya 4,3% artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal edilən təbii qazın həcmi 48,5 milyard kubmetr olub.Ötən il istehsal olunan qazdan 38,7 milyard kubmetri əmtəəlik qaz olub. Bu göstərici əvvəlki illə müqayisədə 2,3 milyard kubmetr, yaxud da 6,2% çoxdur. 2023-cü ildə istehsal edilən əmtəəlik qazın həcmi 36,4 milyard kubmetr təşkil edib.