İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ölkə.Az məlumat yayıb.
Rayonun Böyük Bəhmənli kənd sakini olan sahibkar xəstəlik səbəbindən dünyasını dəyişib.
Məlumata görə, onun Horadizdə rəhbərlik etdiyi şirkətdə 100-ə yaxın əməkdaş çalışıb. Ona aid müəssisədən ətraf rayonlara da daşınmalar edilib.
Mərhumun həmçinin mal-qara fermaları, dəyirmanları, taxıl bazasının olduğu da qeyd edilir.
Füzulidə "Dəyirmançı Süleyman" kimi tanınan iş adamının oğlu Anar İsmayılov 2013-cü ilə qədər Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə həmin ilin iyun ayında barəsində həbs qətimkan tədbiri seçilib.