Azərbaycanda üçüncü “InnoWeek - İnnovasiya həftəsi” keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, “İnnovasiya həftəsi” 14-19 dekabr tarixlərində baş tutacaq.

Nazirliyin təşəbbüsü ilə baş tutacaq layihə, ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.

Əsas məqsəd innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına dəstək göstərilməsidir.

Yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində “InnoWeek” çərçivəsində keçiriləcək müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər onlayn şəkildə təşkil ediləcək.

Bildirilib ki, “İnnovasiyalar həftəsi”nin ilk tədbiri “I2B – İdeyadan Biznesə” layihəsinə həsr olunacaq. Həftə çərçivəsində müxtəlif layihələr, maarifləndirici vebinarlar və yarışlar da həyata keçirilək.

Bütün bunlar haqqında ətraflı məlumatı müvafiq linkdən əldə edə bilərsiniz.