2016-2019-cu illərdə Azərbaycanda sahibkarlara 17 milyon manat ixrac təşviqi ödənilib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, bunun 9 milyon manata yaxını ötən ilin payına düşüb.