Azərbaycanda iki internet provayder şirkəti birləşib.

İqtisadiyyat.az xəbər verir ki, bunlar "Azərnet" və  "Ultel" MMC-lərdir.

Belə ki, "Azərnet" "Ultel" MMC-yə qoşulması nəticəsində ləğv edilib. "Ultel" də "Azərnet"in ona qoşulması ilə yenidən təşkil edilib və adı çəkilən hüquqi şəxsin hüquqi varisidir.

Qeyd edək ki, "Azərnet" 2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 000 dollar olan şirkətin qanuni təmsilçisi İsmayılov Nicat Əfqan oğludur. "Ultel" isə 2001-ci ilə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 035 530 dollar olan şirkətin qanuni təmsilçisi Nəmədov İlqar Şamil oğludur.