İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar verilib.
Qərara əsasən, Babək, Ordubad, Sədərək və Şahbuz rayonlarındakı Yol Təmir İstismar MMC-lər ləğv olunduğunu elan edib.
MMC-lərin ləğv olunmasının səbəbi açıqlanmayıb.
Xatırladaq ki, ötən ilin fevralında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərurdakı bu qurumlar adlarını və təşkilati hüquqi formalarını dəyişdirərək MMC kimi fəaliyyətə başlamışdılar.