Azərbaycanda icra hakimiyyətinin mühüm sənədləri yoxa çıxıb.
İqtisadiyyat.az xəbər verir ki, söhbət Qaradağ Rayon İcra Hakimiyyətindən gedir.
Belə ki, RİH başçısının Korgöz qəsəbəsi üzrə nümayəndəliyində olan seriyası CĞV, nömrəsi 002508-002600-a qədər olan 93 ədəd kassa mədaxili orderi və seriyası CGS, nömrəsi 000511-000550-ə qədər olan 40 ədəd vəkalətnamə ciddi hesabat blankları itib.
Sənədlərin hansı şəraitdə itməsi məlum deyil.