Emal sənayesində ötən il 18048,6 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 23%, qida məhsullarının istehsalında 9,2%, tütün məmulatlarının istehsalında isə 12,8% artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 17,8%, unlu qənnadı məmulatlarının istehsalı 16,5%, siqaret istehsalı 20,4%, meyvə-tərəvəz konservlərinin istehsalı isə 1,1% artıb.

 

Gözəl Həşimova