Emal sənayesində bu ilin yanvar-iyul aylarında 10243 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26%, qida məhsullarının istehsalında 11,7%, tütün məmulatlarının istehsalında isə 10% artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 60,7%, unlu qənnadı məmulatlarının istehsalı 23,5%, siqaret istehsalı 20,1%, meyvə-tərəvəz konservlərinin istehsalı isə 5% artıb.

 

Gözəl Həşimova