Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 7 478 milyon manatı hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmaların payına düşəcək.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 16,5 % çoxdur.

Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.