“Yeni il bayramından sonra hotellərdə qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşüb”.
Bunu İqtisadiyyat.az-a açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib.
Ekspert bildirib ki, hazırda hotellərin doluluq səviyyəsi çox aşağıdır: “Ümumi olaraq hər il yanvar, fevral, mart aylarında turist axını az olur və ondan sonrakı aylarda hərəkətlilik artır. Hazırda qeyri-mövsümlə əlaqədar olaraq həm Bakıda, həm də regionlarda hotellərdə doluluq səviyyəsi aşağıdır. Hazırda regiona gedənlərin də sayı azdır. Hotellər müxtəlif kampaniyalar təklif edirlər ki, müştəriləri müəyyən qədər cəlb etsinlər”.