Azərbaycanda himayədar ailəyə verilmiş uşaq öz ailəsinə qaytarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov bildirib.

Onun sözlərinə görə, görülmüş preventiv tədbirlər nəticəsində Ağcabədidə himayədar ailəyə yerləşdirilən 1 uşaq öz ailəsinə qaytarılıb. 

Qeyd edək ki, ötən müddət ərzində Agentlik tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 20-yə çatıb. Himayədar ailələrə verilən uşaqlardan 5-i oğlan, 15-i qızdır. Həmin uşaqlardan 10-u Bakı şəhərindəki, 10-u rayonlarda yaşayan (Lənkəran–2, Cəlilabad–1, Ağcabədi–1, Biləsuvar–1, Zaqatala–1, Gəncə–1, Göyçay–1, Şamaxı–1, Xaçmaz–1) himayədar ailələrə veriliblər.