Azərbaycanda bu ilin yanvar-may aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 207,3 milyon manat dəyərində məhsul istehsal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 49,9% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 0,4%, geyim istehsalında isə 28,4% azalma müşahidə olunub.