Kanadanın “Zenith Energy” şirkətinin törəmə müəssisəsi olan “Zena Drilling Limited”in Azərbaycandakı Filialı “Azneft” İstehsalat Birliyini məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, Filial “Azneft”ə qarşı məhkəmədə iddia qaldırıb.

İşin mahiyyəti açıqlanmayıb.

İddia Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.