Azərbaycan ötən ay 4,9 milyon dollar dəyərində ət idxal edib. Bu, illik müqayisədə 14,6% azdır.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 2,6 min ton ət idxal edilib ki, bu da 2022-ci ilin ilk ayı ilə müqayisədə 15% azdır.

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,35%-ni təşkil edib.