İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Sənəd Nazirlər Kabinetinin “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 1 may 2024-cü iI tarixli qərarının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.