İqtisadiyyat.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib.

Yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3643,9 manat, qeyri neft-qaz sektorunda 994,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1004,3 manat, özəl müəssisələrdə isə 1084,2 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.