Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft yataqlarından 11 141,57 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 1,44% azdır.
Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 748,61 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 1,9% çoxdur.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın neft yataqlarından 15 085,96 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,2% azdır. Ötən il Azərbaycanda istehsal edilən səmt qazının 3 565,2 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 15,75% azdır.