Azərbaycanda bu ilin yanvar-iyul aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 27,5 mlrd. manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 3,2% azalıb.

İqtisadiyyat.az Azərbaycan Statistika Komitəsinə istinadən xəbər verir ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 17,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 21,1 milyard kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7% azalıb, əmtəəlik qaz hasilatı isə 3,3% artıb.