Azərbaycanda bu ilin yanvar-may aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,8 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4% azalıb.

İqtisadiyyat.az Azərbaycan Statistika Komitəsinə istinadən xəbər verir ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 12,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 15,3 milyard kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% azalıb, əmtəəlik qaz hasilatı isə 2,9% artıb.