İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlətə məxsus 3 helikopter hərraca çıxarılıb. Keçirilən hərracda helikopterdən biri 1 milyon manata satılıb. Buraxılışı 2009-cu il olan “Airbus EC-135P2” helikopteri  “Flatter Wingz FZE” şirkəti adından Qleb Porşnev tərəfindən alınıb və Dubay şəhərində istismar olunacaq.