“Azərbaycanda aqrar sığorta mexanizminin 2020-ci ildə işlək vəziyyətə gətirilməsi hədəf kimi qəbul edilib”.

"Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta fəaliyyətinə nəzarət departmentinin nümayəndəsi Firdovsi Ağaşirinov Bakıda keçirilən "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) deyib.