Azərbaycanda dərman istehsalı ilə bağlı Türkiyə şirkəti ilə müqavilə imzalanıb.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Azərbaycan İnvestisiya Şirkəti ASC və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkəti “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Layihə çərçivəsində Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq", - nazir yazıb.