Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar-oktyabr aylarında daşınmış yüklərin həcmi 6 316,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,9% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 42%-i neft yükləri təşkil edib.“Dəniz limanları tərəfindən 9 717,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 8966,4 min tonunu və ya 92,3 faizini tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.

Məlumata əsasən, 2022-ci il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 335 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 24,6% artaraq 17,7 min nəfər olub”, - məlumatda vurğulanır.