Bu barədə İqtisadiyyat.az "Azərişıq" ASC-dən məlumat əldə edib.

Qeyd edilib ki, şəhər ərazisində yerləşən mövcud 35/10 kV-luq "Səməd Vurğun" yarımstansiyası 110 kV-luq yarımstansiyaya keçirilir.

Bununla bağlı yarımstansiyada yenidənqurma işlərinə başlanılır. "Azərişıq" yenidənqurma işlərini “IMA Energy” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, 35/10 kV-luq "Səməd Vurğun" yarımstansiyasının 110 kV-luq yarımstansiyaya keçirilməklə yenidənqurulmasına 14.137.219,2 manat sərf olunacaq.