Naxçıvan Universiteti fəaliyyətini dayandıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Naxçıvan Universitetinin tələbələri bu tədris ilinin sonuna qədər təhsilini davam etdirəcək:

"Məzunlar diplomlarını Naxçıvan Universitetinin məzunu olaraq alacaqlar. Aşağı kursda oxuyan tələbələr isə digər ali təhsil müəssisələrinə köçürüləcək".